IQNA

 İskəndəriyyə Baş yepiskopu İsveçdəki hadisəni məhkum etdi

11:19 - September 04, 2020
Xəbər sayı: 3488044
Tehran (IQNA) -  Misrin İskəndəriyyə şəhərinin baş yepiskopu İsveçdə Quranın yandırılaraq təhqir edilməsini qınayıb və bunu çox acı və üzücü bir hadisə adlandırıb.

Misrin İskəndəriyyə şəhərinin baş yepiskopu Münir Hənna vurğulayıb: Digər insanların əqidə və inanclarına hörmətlə yanaşmaq zəruridir. İsveçdə Quranın yandırılması hadisəsi xrisitanlıq dininin sevgi və dostluq dəyərlərinin ziddinədir.

O əlavə edib: Quranın yandırılması hadisəsi çox acı və üzücü bir xəbər idi. Müxtəlif dinlərdən olan bütün inanclı insanların müqəddəs hislərini yaralamışdır. Buna görə də bu addımı fərdi azadlıq kimi qələmə vermək olmaz. Digərlərinin hislərini ayaqlayan və digərlərinin inciməsinə səbəb olan rəftarlar azadlıq deyil və biz xristianlar həmin hadisəyə görə üzr istəyir və təəssüf edirik.

Münir Hənna vurğulayıb: Müsəlmanlar və xristianlar tövhidi dinlərin ardıcıllarıdır və dini radikalizmlə mübarizə aparırlar. /3920737

captcha